Naxçıvan qaz-turbin elektrik stansiyasının bütün 4 bloku işə salınıb. Trend in verdiyi məlumata görə, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Hazırda AVV və GTT şirkətləri stansiyanın yenidən işə salınması işlərini və aqreqatın istismar vəziyyətinə gətirilməsini başa çatdırıblar. Bu gün 3 blok ayda 650-700 min kilovat saat enerji verir. Gələcək mərhələdə stansiya 1 mln. kVt enerji verəcək.
NMR-da hazırda gündə 2,852 mln. kVt./s enerjiyə tələbat var. Bu həcmdən 1,151 mln. kVt/s muxtariyyətin "Araz" SES-da istehsal olunur. NMR-nın elektrik enerjisi ilə tam təmin olunması üçün sutka ərzində Türkiyədən 653 min
kVt/s, İrandan 1 mln. 48 kVt/s enerji alınır.