"Cənub-Qərbi Qobustan" müqavilə sahəsini işləyən Gobustan Operating Company burada iki və üç ölçülü (2D və 3D) seysmik kəşfiyyat işlərinin aparılması üzrə tenderi bağlı elan edir. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.
"Daşgil", "Duvannı" və "Kənizadağ" yataqlarında ("Cənub-Qərbi Qobustan"ın tərkibinə daxildir) 200 km.2 sahədə 3 ölçülü, "Mərkəzi" və "Şimal" bloklarında, 480 km2 sahədə isə 2 ölçülü seysmik kəşfiyat işləri aparılacaq.
ARDNŞ nümayəndəsinin sözlərinə görə, yaxın vaxtlarda tender bağlı elan ediləcək, kəşfiyyat işləri isə yayda aparılacaq.
ARDNŞ ilə bağlanmış müqaviləyə əsasən, "Cənub-Qərbi Qobustan"ın işlənməsi ilə GOC əməliyyat şirkəti məşğul olur. Gobustan Operating Company-də iştirak payının 80%-i Commonwealth Gobustan Limited-ə, 20%-i - ARDNŞ-ə, Commonwealth Gobustan Limited-də 37,17% Arawak Energy-yə, 62,83% isə China National Petroleum Company şirkətlər qrupuna məxsusdur.