...

Mayda "Azərenerji" AzİES üzrə məsləhətçini müəyyən edəcək

Energetika Materials 23 May 2006 12:28 (UTC +04:00)

Mayın sonuna kimi "Azərenerji" SC Mingəçevirdəki Azərbaycan İES-ın rekonstruksiyası layihəsi üzrə texniki məsləhətçini seçəcək. Trend in verdiyi xəbərə görə, bu barədə SC-in mətbuat xidmətindən məlumat verilib. Səhmdar Cəmiyyət Yaponiya, Almaniya və Finlandiyanın 5 konsaltinq şirkətindən təkliflər alıb və onları baxılmaq üçün "Azərenerji"yə kredit xətti ayırmaq niyyətində olan AYİB-ə təqdim edib. Konsultant şirkəti və layihə üzrə baş podratçını müəyyən etmək üçün tender hazırlanmalı, müsabiqənin xüsusiyyətləri hazırlanmalı və yerinə yetirilən işlərə nəzarət həyata keçirilməlidir.

80-ci illərdə tikilmiş AzİES Azərbaycanda ən iri elektrik stansiyasıdır. O, hər birinün gücü 300 MVt olan 8 enerji blokuna malikdir. Lakin avadanlıqların köhnəlməsi üzündən stansiyanın istehsal gücü aşağı düşüb. Bu il "Azərenerji" Rusiyanın "Silovıye maşinı" şirkəti ilə birlikdə 5-ci enerji blokunun rekonstruksiyasını həyata keçirib ki, bu da blokun istehsal gününü 330-340 MVt-a çatdırmağa imkan verib.

Elektrik stansiyasının rekonstruksiyası layihəsinə 7 enerji blokunun, suburaxıcı sistemlərinin və tüstü borularının müasirləşdirilməsi daxildir. Bundan əvvəl AYİB-lə danışıqlar aparılıb. Lakin Azərbaycan hökumətini kreditin təqdim olunması şərtləri qane etmirdi. Avropa Bankının prezidenti Jan Lemyerin Azərbaycana səfərindən sonra bank öz şərtlərini geri götürdü və kredit üzrə danışıqlar davam etdirildi.

"Azərenerji"dən bildirilir ki, kredit razılaşması hələ imzalanmayıb. Lakin bu məsələ üzrə prinsipial qərar qəbul edilib və tərəflər layihə üzrə konkret məsələləri müzakirə edirlər.

Xəbər lenti

Xəbər lenti