...

Geoloji problemlər GOC-a iki yeni quyunun istismara verilməsinə mane olur

Energetika Materials 26 May 2006 16:45 (UTC +04:00)

"Cənub-Qərbi Qobustan" müqavilə sahəsində yerləşən "Duvannı-102" və "Duvannı-108" quyularının ağzında yüksək təzyiq bu quyuların istismarına imkan vermir. Trend in xəbər verdiyi kimi, bu barədə Gobustan Operating Company-nin (GOC) iştirakçsıı olan Arawak Energy-nin məlumatında deyilir.

Hazırda "Kənizdağ-101" quyusunda işlər davam etdirilir və 2 ay ərzində quyu mənimsəniləcək və sınaqdan keçiriləcək.

2 ay ərzində "Cənub-Qərbi Qobustan"da 2 və 3 ölçülü (2D və 3D) seymik kəşfiyyatın aparılması haqqında müqavilələrin bağlanması gözlənilir.

"Daşgil", "Duvannı" və "Kənizdağ" yataqlarında ("Cənub-Qərbi Qobustan") 200 km.2 sahədə 3 ölçülü, "Mərkəzi" və "Şimal" bloklarında 480 km2 sahədə isə 2 ölçülü seysmik kəşfiyyat aparılacaq.

"Cənub-Qərbi Qobustan"ın işlənməsi ilə ARDNŞ ilə bağlanmış PSA üzrə GOC əməliyyat şirkəti məşğul olur. Gobustan Operating Company-də 80% iştirak payı Commonwealth Gobustan Limited, 20% - ARDNŞ-ə, Commonwealth Gobustan Limited-də 37,17% Arawak Energy, 62,83% isə China National Petroleum Company şirkətlər qrupuna məxsusdur.

Xəbər lenti

Xəbər lenti