...

"Günəşli" platforması üçün istinad blokunun göndərilməsi oktyabr ayına planlaşdırılır

Energetika Materials 2 İyun 2006 18:09 (UTC +04:00)

"Azəri"-"Çıraq"-"Günəşli" yatağının işlənmə layihəsi çərçivəsində "Günəşli" yatağının dərin sularda olan hissəsində quraşdırılacaq qazma üçün platformanın istinad blokunun tikintisinin tamamlanması bu ilin sentyabr ayında güman edilir. Bu barədə Trend ə dərin özüllər zavodundan xəbər verilib. O, quraşdırılma nöqtəsinə bu ilin oktyabr ayında göndəriləcək.

"Faza-3" çərçivəsində ilk neftin "Günəşli" yatağının dərin sularda olan hissəsindən 2008-ci ildə çıxarılması nəzərdə tutulub. Güman edilir ki, iki sualtı manifolddan qazılmış quyularda suyun təzyiqlə doldurulması platformanın özündə yerləşən quyulardan neftin çıxarılması ilə eyni zamanda başlayacaq.

"Günəşli" yatağının dərin sularda olan hissəsinin çıxarılan ehtiyatları 176 milyon ton və ya 1,25 milyard neft bareli təşkil edib.

Xəbər lenti

Xəbər lenti