...

May ayında "Azərenerji" elektrik enerji istehsalını artırıb

Energetika Materials 5 İyun 2006 13:27 (UTC +04:00)

Mayda "Azərenerji" SC 1 mlrd. 809 mln. kIt-dan çox elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,3% çoxdur. Trend in xəbər verdiyi kimi, bu barədə SC-nin mətbuat xidmətinin məlumatında deyilir.

May ayında istehsal olunmuş elektrik enerjisinin ümumi həcminin 1,499 mlrd. kIt-ı istilik, təxminən 0,31 mlrd. kIt-ı isə su elektrik stansiyalarının payına düşür.

May ayı ərzində Rusiyadan 66,722 mln. kIt, İrandan - 37,58 mln. kIt, Türkiyədən isə 21,24 mln. kIt enerji alınıb.

İlin əvvəlindən "Azərenerji"nin sistemində 10,806 mlrd. kIt elektrik enerjisi istehsal olunub. Bunun 9,355 mlrd. kIt-ı istilik elektrik stansiyalarının payına düşür.

Xəbər lenti

Xəbər lenti