...

İsrail Azərbaycan neftinin Qırmızı dənizə çıxışında maraqlıdır

Energetika Materials 7 İyun 2006 11:57 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev neft-qaz sərgisində iştirak etmək üçün Bakıya gəlmiş İsrail nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. İsrail nümayəndə heyətinə bu ölkənin milli infrastruktur naziri Binyamin Ben-Eliezer başçılıq edir.

ARDNŞ prezidenti qeyd edib ki, Azərbaycan və İsrail arasında böyük neft biznesi haqqında danışmaq üçün vaxt gəlib çatıb. İsrail naziri qeyd edib ki, Bakı-Tiflis-

Ceyhan ixrac boru kəmərinin tikintisi layihəsinin gerçəkləşdirilməsi Azərbaycandan İsrailə neftin çatdırılması məsafəsini xeyli azaldıb.

O, gələcəkdə Azərbaycan neftinin Qırmızı dənizə nəqli imkanlarının nəzərdən keçiriləcəyinə ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, İsrail Azərbaycan neftinin emalında maraqlıdır. R.Abdullayev İsrailin neft emalı zavodlarının işi tanış olmaq üçün bu ölkəyə dəvət olunub.

Xəbər lenti

Xəbər lenti