...

İlin sonunadək ARDNŞ 3 yeni qazma platforması quraşdıracaq

Energetika Materials 24 İyun 2006 14:07 (UTC +04:00)

2006-cı ilin sonunadək Azərbaycan Dövlət Neft Şirkəti işlənən yataqlarda 3 yeni qazma platforması quraşdırmağı planlaşdırır. Bu barədə Trend ə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

Qrafikə görə, bu ilin oktyabrında 12 quyunun qazılması üçün "Neft Daşları" yatağında 24,5 metr dərinlikdə 2387 saylı platformanın, noyabrda isə 36 quyunun qazılması üçün 64 metr dərinlikdə 1887 saylı platformanın quraşdırılması planlaşdırılır.

Bundan başqa "Günəşli" yatağında "Günəşli-11" dərinsulu platformasının genişləndirilməsi üzrə işlər aparılacaq. 6 qaz quyusunun qazılması məqsədilə bu platformaya əlavə blok birləşdiriləcək. Həmçinin, sualtı boru kəmərlərinin və digər obyektlərin də inşası nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti