...

Azərbaycan Dövlət Neft Şirkəti özünün ilk neft partiyasını Ceyhanda satdı

Energetika Materials 19 İyul 2006 12:30 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gətirilmiş Azeri Light markalı neftinin ilk partiyasının Türkiyənin Ceyhan limanından göndərilməsi üzrə tenderi bağlı elan edib. Bu barədə Trend ə ARDNŞ-dən xəbər veriblər. Tenderin qalibi Norveçin Statoil şirkəti olub.

Partiyanın həcmi 1 milyon barel (və ya 135 min ton) təşkil edəcək. Göndərilmə avqustun 11-13-ə planlaşdırılıb.

Avqust ayında BTC Co boru kəməri şirkəti Türkiyənin Ceyhan limanından "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən təxminən 1,18 milyon ton Azeri Light növlü neft göndərəcək. Bu həcmdən 135 min ton ARDNŞ-in payına düşür. Avqust ayında Ceyhandan ümumilikdə 12 tanker neft partiyası göndəriləcək: hər biri 600 min barel olan 8 partiya, hər biri 1 milyon barel olan 4 partiya. İyul ayında Ceyhandan 6,6 milyon barel Azeri Light nefti ixrac olunacaq. Yüklənmə doqquz mövqe üzrə həyata keçiriləcək.

İyulun 17-də AZERİ LT FOB Ceyhan neftinin 1 barelinin qiyməti 74,49 ABŞ dolları təşkil edib (əvvəlki qiymətə nisbətən 1 barelin qiyməti 0,77 ABŞ dolları azalıb).

Xəbər lenti

Xəbər lenti