...

AzeriFugro BP üçün "Şahdəniz"ə geotexnika gətirəcək

Energetika Materials 24 İyul 2006 15:22 (UTC +04:00)

Sentyabr ayında "Markab" geotexniki gəmisi Bakıya gətiriləcək və bu gəmidən "Şahdəniz" yatağında tədqiqatlar aparılacaq. Bu barədə Trend ə "Azeri-Fugro" Azərbaycan- Niderlandiya birgə müəssisəsindən bildiriblər. Gəmi Fugro müəssisəsinə məxsusdur.

Şirkətdə qeyd ediblər ki, işlər iki ay ərzində görüləcək. Onlar torpağın mühəndis xüsusiyyətlərinin tədqiqinə yönəldilib. Cəmi 10 geotexniki quyunun qazıntısı nəzərdə tutulub.

Hazırda gəmi Türkiyədədir. Orada gəmidə bəzi texniki tədbirlər həyata keçiriləcək, sonra isə gəmi Azərbaycana gələcək. Naviqasiya bağlandıqdan sonra gəminin qışı Xəzər dənizində keçirəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti