...

ARDNŞ Batumidən yüngül neftlə dolu növbəti partiyanı satacaq

Energetika Materials 26 İyul 2006 11:24 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanın Qara dənizdəki Batumi limanından mənfəət nefti ilə dolu partiyanın satışı üzrə tender elan edib. ARDNŞ-dən Trend ə verilən məlumata görə, tender "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən Azeri Light növlü neftin satışı üzrə elan edilib. Neftin həcmi 80 min tondur (600 min barel). Neftin Batumidən avqustun 23-24-də yüklənəcəyi gözlənilir. Batumi neft terminalı ildə 15 mln tonadək neft yükü daşımaq qabiliyyətinə malikdir. Terminal 4 körpüdə 30-90 min ton tutumlu tankerlərə xidmət edir. Hazırda terminalın rezervuar parkının gücü təxminən 530 min ton təşkil edir ki, bu da dəhlizdən keçən cari və proqnozlaşdırılan həcmlərin daşınması üçün kifayət qədər böyük göstəricidir.

Xəbər lenti

Xəbər lenti