...

Adanada BTC boru kəmərindən neft oğurluğu cəhdinin qarşısı alınıb

Energetika Materials 26 İyul 2006 12:40 (UTC +04:00)

Adana əyalətində Bakı-Tiflis-Ceyhan boru kəmərindən növbəti neft oğurluğu cəhdinin qarşısı alınıb. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, jandarmeriya oğruları Ərənlər qəsəbəsi yaxınlığında (Ceyhan şəhərciyinin bir neçə kilometrliyində) yaxalayıb.

Cinayət başında yaxalandıqlarını başa düşən oğrular artıq neftlə doldurulmuş sisternləri ataraq qaçıb. İlin hesablamalara görə, sisternlərdə 13 ton Azərbaycan nefti olub.

İlkin məlumatlara əsasən, oğrular 3 nəfər olub. Bu fakt üzrə istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti