...

Bakıda işlədilən qazın təxminən 52 faizinin haqqı ödənilir

Energetika Materials 10 Avqust 2006 20:43 (UTC +04:00)

Avqustun 10-da baş nazirin müavini Yaqub Eyyubovun yanında Bakı şəhərində təbii qazdan istifadəyə dair müşavirə keçirilib. Trend in Az.TV-yə istinadən verdiyi xəbərə görə, müşavirədə Bakı şəhəri və rayonlarının qazla təminatı və qaz pulunun ödənilməsi məsələsi müzakirə olunub.

Çıxışlardan bəlli olub ki, bu məsələ ilə bağlı Bakıdakı vəziyyət respublikanın rayonlarından elə də fərqlənmir. Məsələn, işlədilən təbii qazın təxminən 52 faizinin haqqı ödənilir ki, bunun da cəmi 26 faizi əhalinin payına düşür. Müşavirədə çıxış edən Azəriqaz Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov bundan sonra başqa rayonlarda olduğu kimi Bakı şəhərinə də verilən təbii qazın kəsiləcəyini istisna etməyib. Çünki Bakının rayonlarında da ödəniş artımı cüzidir.

Müşavirədə bildirildiyinə görə, Əzizbəyov rayonunda əhali istehlak etdiyi qazın cəmi 9 faizinin haqqına ödəyir. Sabunçu rayonunda bu rəqəm 12, Suraxanı da 13 faizdir. Ən yaxşı nəticə Xətai rayonundadır - 96 faiz. Ə.Məlikov ödəniş artımına nail olmaq üçün sayğaclaşma prosesinin başa çatdırılmasının zəruri olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti