...

ARDNŞ sentyabr ayında Novorossiyskdən 170 min ton neft satacaq

Energetika Materials 24 Avqust 2006 17:09 (UTC +04:00)

Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) sentyabr ayında Novorossiysk limanından iki tanker partiyası ilə 170 min ton Ural neftinin satışı üçün tender elan edib. Bu barədə Trend ə ARDNŞ-dən bildirilib. 85 min ton həcmində ilk partiyanın sentyabrın 24-25-də, analoji həcmdə ikinci partiyanın isə ayın 29-30-da göndəriləcəyi nəzərdə tutulub.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, tenderin nəticələri avqustun 30-da elan olunacaq.

Avqust ayında ARDNŞ Novorossiyskdən 209 min ton Ural nefti satacaq. 131 min ton həcmdə partiya avqustun 28-29-da Glencore treyderinə, 78 min ton həcmdə ikinci partiya isə avqustun 30-31-də Select Energy treyderinə yüklənəcək.

2004-cü ildə göndərilmiş 2,559 mln. tonla müqayisədə 2005-ci ildə ARDNŞ Novorossiysk limanından 1,631 mln. ton neft göndərib.

2006-cı ilin əvvəlindən Novorossiyskdən ARDNŞ-in neft partiyasını aşağıdakı şirkətlər alıb:

Yanvar - Glencore (85 min ton);

Fevral - Taurus Petroleum (140 min ton);

Fevral - Glencore (60 min ton);

May - Glencore (60 min ton);

İyun - Glencore (60 min ton);

İyul - Glencore (60 min ton);

Avqust - Glencore (131 min ton);

Avqust - Select Energy (78 min ton).

Xəbər lenti

Xəbər lenti