...

Azeri Drilling Company avadanlıqların satın alınması üçün tender elan edib

Energetika Materials 2 Sentyabr 2006 15:05 (UTC +04:00)

Azeri Drilling Company Birgə Müəssiəsi qaz quyularının qazılması üçün lazımi avadanlıq və materialların satın alınması üçün müsabiqə elan edib. Trend xəbər verir ki, təkliflər oktyabrın 2-nə qədər qəbul olunacaq və oktyabrın 3-də açılacaq.

BM-in təsisçiləri qismində Azərbaycanın Dövlət Neft Şirkəti (35%), Panamada qeydiyyatdan keçmiş Target Petroleum Azerbaijan Corporation(35%) və First Drilling Limited şirkətidir (Şotlandiya) - 30% .

Müəssisənin fəaliyyət dairəsinə neft və qaz quyularının qazılması (o cümlədən üfüqi və xüsusi qazıntı), quyuların sementlənməsi və möhkəmləndirilməsi, mənimsənilmə, əsaslı və yeraltı təmir, geofiziki araşdırmalar daxildir.

BM-in əsas vəzifəsi ən müasir texnikadan və avadanlıqlardan istifadə etməklə, "8 Mart" və "Bulla-dəniz" yataqlarında dərin və çox dərin quyuların qazılmasından ibarətdir. Bu sahələrdə təxminən 6,5 min metr dərinliyində 8 quyunun qazılması nəzərdə tutulub. Hazırda "8 Mart" yatağında üç platformanın (№730, №759 və №578) təmiri üzrə təcili işlər görülür. Bu özüllərdə yeni qazma qurğuları quraşdırılacaq.

Xəbər lenti

Xəbər lenti