2006-cı ilin yanvar-avqust aylarında Azneftkimyamash ASC 14,5 mln AZN məbləğində neft-mədən, geoloji-kəşfiyyat avadanlıqları, alətlər və onlara ehtiyat hissələri istehsal edib ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 16% çoxdur. Bu barədə Trend ə ASC-dən məlumat verilib.
Azneftkimyamash ASC respublika prezidentinin 22 mart 2001-ci il tarixli sərəncamı ilə Azneftkimyamas DŞ bazasında yaradılıb. ASC-nin tərkibinə 14 maşınqayırma zavodu, 4 elmi-tədqiqat və layihə-quraşdırma institutu daxildir.
ASC-dən qeyd olunub ki, bu dövr ərzində Səttaraxan adına maşınqayırma zavodunda istehsalın dəyəri 1,9 mln. AZN, Bakı fəhləsində - 1,9 mln. AZN, Sabunçu EİB-də - 1,6 mln AZN, Bakı maşınqayırma zavodunda - 1,2 mln AZN, Suraxanı maşınqayırma zavodunda - 1,8 mln AZN, B. Sərdarov adına zavodda - 1,1 mln AZN və Kişlə maşınqayırma zavodunda - 1 mln. AZN təşkil edib.
2006-cı ildə Azneftkimyamash ASC 105 mlrd AZM məbləğində məhsul istehsalı proqnozlaşdırır ki, bu da 2005-ci illə müqayisədə 15 mlrd AZN çoxdur.