...

Azərbaycan Dövlət Neft Şirkəti yeni sindikatlaşdırılmış kredit alıb

Energetika Materials 20 Sentyabr 2006 16:29 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti "Şahdəniz" qazkondensat yatağının işlənilməsi layihəsindəki payını maliyyələşdirmək üçün xarici banklardan $175 mln. dəyərində sindikatlaşdırılmış kredit alıb. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ Xarici İnvestisiyalar İdarəsinin başçısı Vaqif Əliyev məlumat verib.

Kredit Fransanın "Societe Generale" bankı və "ABN-Amro" tərəfindən sindikatlaşdırılıb. Hazırda onlar sindikatlaşdırmanın digər iştirakçılarını müəyyən edirlər. Kredit illik Libor+0,85 faiz dərəcəsi ilə cəlb olunub, - deyə V. Əliyev qeyd edib.

Bu vəsailər ARDNŞ-in "Şahdəniz" yatağının işlənilməsinin "Faza-1" layihəsindəki payını maliyyələşdirmək üçün 2004-cü ilin dekabrında Avropa Yenidənqurma və İnkişaf Bankından $170 mln. məbləğində alınmış kreditin qaytarılmasına yönəldilib. AYİB və kommersiya banklarının ayırdığı kreditlərin faiz dərəcələri arasındakı fərqin müsbət saldosu 3,65% təşkil edir.

"Societe Generale" və "ABN-Amro" sindikatlaşdırma iştirakçılarını tam müəyyən etdikdən sonra banklarla saziş imzalanacaq və bütün şərtlər açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti