ARDNŞ nümayəndələri Təbrizdə keçirilmiş "Neft, qaz və neft məhsulları" sərgisində iştirak edib. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-dən məlumat verilib. Azərbaycan nümayəndə heyətini ARDNŞ-in elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev və bu şöbənin baş mütəxəssisi təmsil edib.
Sərgidə 10 ölkədən 150 şirkət iştirak edib. Azərbaycanın stendi "Əmir Kabir" pavilyonunda qurulub və sərgiyə gələnlər və iştirakçıların böyük marağına səbəb olub. Sərgidə "Azəri"-"Çıraq"-"Günəşli", "Şahdəniz", Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələri təqdim olunub.