...

Azərbaycanda bentonit gilinin emalı üzrə BM yaradılıb

Energetika Materials 28 Sentyabr 2006 15:42 (UTC +04:00)

"Azinşaat holdinq"in idarəçiliyi altında olmuş "Daşsalahlı bentonit" səhmdar cəmiyyəti (Azərbaycan) və "Bentonit" Elmi-İstehsalat Birliyi (Rusiya) yataqları Azərbaycanın Qazax rayonu ərazisində yerləşən bentonit gilinin emalı üzrə birgə müəssisə yaradıblar. Trend in xəbər verdiyi kimi, bu barədə həmin qurumun - "Azrosprominvest" BM-nin direktorlar şurasının sədri Natiq Şirinzadə məlumat verib.

BM-dəki sərmayələr $12 mln. təşkil edir. Müəssisədəki iştirak payının faiz nisbəti isə 50 %-in 50%-ə olacaq. Rusiya tərəfi artıq $5,4 mln. təqdim edib. Bu vəsaitlər hesabına üç mərhələ gerçəkləşdiriləcək. Birinci mərhələ dekabrda, növbəti - iyunda, üçüncü isə 2007-ci ilin dekabrında başa çatacaq. Müəssisənin illik gücü ilə 200 min ton təşkil edəcək. Layihə müəssisənin gücünün gələcəkdə artırılması nəzərə alınmaqla həyata keçiriləcək.

Bentonit neft-qaz sənayesində, metallurgiyada, tökmə, maşınqayırma və ətriyyat sənayesində istifadə olunur. Məhsulun 95%-i Rusiyaya, Belorusiyaya, Səudiyyə Ərəbistanına ixrac olunacaq.

Xəbər lenti

Xəbər lenti