...

"LUKoyl"un prezidenti Vahid Ələkbərov "Nikoyl" bankının səhmdarı olaraq qaldığını bildirib

Energetika Materials 6 Oktyabr 2006 20:58 (UTC +04:00)

Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti bu gün Bakıda keçirilən mətbuat konfransında bəyan edib ki, o, "Nikoyl" bankının səhmdarı olaraq qalır. "Mənim "Nikoyl" bankındakı iştirak payımın azalması isə onunla bağlıdır ki, məsləhətçilər və analitiklər mənə daha çox fikrimi "LUKoyl"un hasilatdakı, neft məhsullarının emalı və satışındakı əsas fəaliyyətə yönəltməyi və maliyyə strukturlarının fəaliyyətinə təsir etməməyi tövsiyə edirlər", - deyə Vahid Ələkbərov bildirib.

"Mənim paketim 7% həcmində saxlanılıb. Amma aktivlərim bu bankdadır və mən bu bankın səhmdarıyam. "Nikoyl" həm Azərbaycanda, həm də Rusiyada şirkətimizin strateji tərəfdaşıdır və bir çox müəssisələrə və bütöv regionlara "Nikoyl" bankı tərəfindən xidmət göstərilir", - deyə V. Ələkbərov qeyd edib.

"Bu gün mən bizim bizneslə əlaqəsi olmayan bütün strukturlarda ya səhmdar kapitalından çıxıram, ya öz iştirak payımı azaldıram. "LUKoyl"un və şəxsən mənim iştirak etdiyim bütün müəssisələr stabil fəaliyyət göstərir. Şirkətdə qurumun əsas fəaliyyətinə üstünlük vermək barədə strateji qərar qəbul olunub. Və bizim hazırda şirkət strukturundan ayrılmış bütün qeyri-profil aktivlərimiz - qazma, nəqliyyat, donanma müsabiqə əsasında yeni mülkiyyətçilərə satılır. Amma, bir qayda olaraq, şirkət bu müqavilələri üzünmüddətli dövr üçün və bizə şirkətimizin göstərdiyi səviyyədə xidmət göstəriləcəyi ilə bağlı zəmanət əsasında bağlayır. Bununla da biz yeni vəsaitlər və şirkət daxilində özümüzə xidmət etməkdənsə, bazarda müsabiqə yolu ilə seçilmiş - daha yaxşı şərtlər təklif edən tərəflərlə işləmək imkanı əldə edirik", -deyə V. Ələkbərov bildirib.

Xəbər lenti

Xəbər lenti