Gürcüstanda fəaliyyətini aktivləşdirmək üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) Tbilisidə bina ayrılıb. Gürcüstan hökumətinin islahatlar üzrə dövlət naziri Kaxa Bendukidzenin Trend in Tbilisidəki xüsusi müxbirinə xəbər verdiyi kimi, ARDNŞ-in Gürcüstanda fəaliyyətini aktivləşdirməsi ilə bağlı qərar hər iki ölkənin prezidentləri səviyyəsində qəbul olunub.
Onun sözlərinə görə, Gürcüstan hökumətinin qərarı ilə ARDNŞ birbaşa satış yolu ilə "300 araqvalı" metro stansiyası yaxınlığında bina və 478 kvadratmetrlik torpaq sahəsi alacaq.
Bu obyektlərə görə ARDNŞ $3 mln. ödəyəcək. Dövlət Neft Şirkəti yaxın vaxtlarda Gürcüstanda yanacaq doldurma stansiyasıları şəbəkəsini açmaq niyyətindədir. Bu stansiyalarda ARDNŞ öz məhsullarını - benzin və dizel yanacağını satacaq. Bunun üçün ARDNŞ "SOCAR Energy Georgia" MMC yaradıb. "SOCAR Energy Georgia"nın təsisçi sənədləri artıq hazırlanıb. Hal-hazırda əməkdaşların işə götürülməsi həyata keçirilir. Gələn aydan yeni şirkət ölkədə tender əsasında neft məhsullarını alaraq onları Gürcüstanda satacaq. "SOCAR Energy Georgia" bir neçə gürcü şirkətləri ilə birgə yaradılıb. Şirkətin 51% səhmi ARDNŞ-ə məxsusdur.