...

Azərbaycan Dövlət Neft Şirkəti Dövlət Neft Akademiyasının tələbələrinə təqaüdlər verib

Energetika Materials 12 Oktyabr 2006 16:07 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) müsabiqə komissiyası növbəti iclasını keçirib. İclasda Dövlət Neft Akademiyasının geoloji kəşfiyyat, kimya texnologiyaları, neft-mexanika, neft-qaz-mədən, energetika, istehsalat proseslərinin avtomatlaşdırılması, iqtisadiyyat, beynəlxalq münasibətlər və menecment fakültələrinin 30 nəfər ikinci kurs tələbəsinin ARDNŞ-dən təqaüd alması ilə bağlı ərizələrinə baxılıb.

Onların hər biri ilə ayrı-ayrılıqda söhbət aparılıb, birinci tədris ilinin yekunları nəzərdən keçirilib. Komissiyanın qərarına əsasən, 17 tələbəyə ayda 40 AZN məbləğində təqaüd veriləcək.

Bir qədər əvvəl Dövlət Neft Şirkəti analoji təqaüdləri Azərbaycan Dövlət Neft Akademiyasının 16 nəfər üçüncü kurs tələbsinə verib.

Xəbər lenti

Xəbər lenti