...

Azərbaycanda neft bitumunun istehsalı 28% artıb

Energetika Materials 16 Oktyabr 2006 20:08 (UTC +04:00)

Sentyabr ayı ərzində Azərbaycanda 18,10 min ton bitum istehsal olunub. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Bu göstərici həmin dövr üçün proqnozdan (9,85 min ton) 2,2 dəfə çoxdur.

Bu ilin yanvar-sentyabr ayları ərzində cəmi 115,6 min ton bitum istehsal olunub. Bu göstərici müəyyən olunmuş proqnozdan 41,9% çoxdur ki, bu da 34,15 min ton təhkil edir, - deyə ARDNŞ-dən bildiriblər. Keçən ilin analoji dövrü ərzində bitum istehsalının həcmi 90,22 min ton təşkil edib. Bu göstərici keçən ilin analoji göstəricisindən 25,38 min ton - 28,1% çoxdur.

Bitum Azərbaycanın daxili bazarında yolların inşası çərçivəsində fəal istifadə olunur.

Xəbər lenti

Xəbər lenti