...

"Azneft" İB tender elan edib

Energetika Materials 3 Noyabr 2006 13:28 (UTC +04:00)

ARDNŞ-in "Azneft" İstehsalat Birliyi 10QKNAM tipli qaz kompressorları üçün ehtiyat hissələri və təmir dəstlərinin alınması üzrə tender elan edib. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-dən bildirilib.

Tenderdə iştirak etmək istəyənlərin müraciəti 2006-cı il 7 dekabrdan gec olmayaraq, tender təklifləri isə 20 dekabr 2006-cı il tarixinədək qəbul olunacaq.

Tender iştirakçılarının təklifləri təqdim olunmazdan əvvəl onlarla yük daşıyıcılarının peşə uyğunluğu proseduru həyata keçiriləcək. Bu prosedur zamanı yük daşıyıcısının peşəkarlığına, maliyyə imkanlarına, etibarlılığına, səlahiyyətliliyinə, təcrübə və texniki imkanlarına üstünlük veriləcək.

Tender təklifləri 21 dekabr 2006-cı ildə açılacaq.

Xəbər lenti

Xəbər lenti