...

Dekabrda Bakı-Novorossiysk boru kəməri tam gücü ilə işləyəcək

Energetika Materials 9 Noyabr 2006 15:30 (UTC +04:00)

Dekabrda Bakı-Novorossiysk boru kəməri ilə nəql olunacaq Azərbaycan neftinin ümumi həcmi 400 min ton təşkil edəcək. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Bakı-Supsa boru kəmərinin təmirə dayanması ilə əlaqədar ABƏŞ "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən nefti üç istiqamətdə - Bakı-Novorossiysk, Bakı-Tiflis-Ceyhan boru kəmərləri və dəmir yolu ilə Gürcüstanın Batumi limanınadək nəql etmək məcburiyyətindədir.

Dekabrda ARDNŞ-in payına yalnız bir partiya neftin düşəcəyi nəzərdə tutulur. Neftin həcmi hələ müəyyən edilməyib. Yerdə qalan həcm isə ABƏŞ neftinin payına düşəcək.

ABƏŞ Bakı-Novorossiysk boru kəmərinin operatoru olduğundan, həmin kəmərlə öz neftini nəql etmək üçün prioritet hüquqa malikdir.

Xəbər lenti

Xəbər lenti