...

Natiq Əliyev: "LUKOYL" şirkətini Rusiyanın neft sənayesinin bayraqdarı adlandırmaq olar

Energetika Materials 20 Noyabr 2006 15:39 (UTC +04:00)

"LUKOYL" Azərbaycana gələn birincilərdən biri olub və bu gün ehtiyatları 1 trln. kubmetr qaz olan unikal "Şahdəniz" layihəsində iştirak edir. "LUKOYL" şirkəti ona görə Azərbaycan üçün əsas və əhəmiyyətli idi ki, Azərbaycan yarımdağılmış iqtisadiyyatı və qeyri-sabit siyasi vəziyyəti olan ölkə olmasına baxmayaraq, bu şirkət - Azərbaycana gələn Rusiya şirkətlərindən birincisi olub. Trend in Moskvadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın energetika və sənaye naziri Natiq Əliyev Moskvada Dördüncü Beynəlxalq Neft Forumunda çıxış edərkən məlumat verib.

"Bizim üçün çətin dövrdə "LUKOYL" tərəfindən, onun simasında - bütün Rusiya tərəfindən olan dəstəyi biz qiymətləndirməyə bilmərik. Düşünürəm ki, Azərbaycan "LUKOYL" şirkətinə Azərbaycanda iş və fəaliyyət üçün bütün imkanları verməklə, bu dəstəyin əvəzini layiqincə verib"- deyə nazir qeyd edib.

"Şirkətin prezidenti Vahid Ələkbərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əlindən ölkəmizin ən yüksək mükafatını alıb. Və "LUKOYL" şirkətinin 15 illiyində onu Rusiyanın neft sənayesinin bayraqdarı adlandıqmaq olar"- deyə Natiq Əliyev bildirib.

O həmçinin qeyd edib ki, hazırda hər bir ölkə öz neft siyasətini aparır, öz konsepsiyası və strategiyasına malikdir. N.Əliyev xatırladıb ki, Azərbaycan dəniz yataqlarının mənimsənilməsində pioner olub, respublikada neft sahəsində böyük təcrübə toplanıb, müvafiq infrastruktur yaradılıb, Azərbaycan neft hasilatı sahəsində ən qədim tarixə malik ölkə kimi öz müstəqillik dövründə konsepsiya və strategiyasını qurub və bütün dünyada hesab olunduğu kimi, onları kifayət qədər uğurlu şəkildə həyata keçirib.

Azərbaycanın iqtisadiyyatında neftin əhəmiyyəti haqqında danışan nazir qeyd edib ki, Azərbaycan çox güclü, yüksək və ən əsası, sabit templərlə inkişaf edir və bütün bunların səbəbi, əlbəttə ki, Azərbaycanın neft sənayesidir. "Ötən ilin yekunlarına görə, Azərbaycan iqtisadiyyatı rekord göstəriciyə nail olub. Bizdə ÜDM templəri 26,4% artıb, bu il isə bu göstərici 34%-dən çoxdur. Azərbaycan nefti ildən-ilə dəfələrlə artır. Əgər ötən il biz 22,2 milyon ton neft hasil etmişiksə, bu il 30 milyon ton həddi ötmüşük və təxminən 32 milyon ton neft hasil edəcəyik", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti