...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 24 Noyabr 2006 13:09 (UTC +04:00)

Noyabrın 23-də AZERI LT FOB Ceyhan neftinin qiyməti $58,65/barel təşkil edib, bu isə noyabrın 22-dəki qiymətdən $0,48/barel çoxdur.

Trend xəbər verir ki, noyabrın 23-də AZERI LT CIF Augusta neftinin qiyməti $59,19/barel təşkil edib, bu isə noyabrın 22-dəki qiymətdən $0,48/barel çoxdur.

Azeri Light növlü neft BP-nin operatoru olduğu Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

Noyabrın 23-də URAL (EX-NOVO) neftinin qiyməti $53,72/barel təşkil edib, bu isə noyabrın 22-dəki qiymətdən $0,11/barel çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, URAL növlü nefti Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL nefti kimi satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

Noyabrın 23-də DTD neftinin qiyməti $59,91/barel təşkil edib, bu isə noyabrın 22-dəki qiymətdən $0,76/barel çoxdur. DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti