...

"Azərenerji" səhmdar cəmiyyəti Naxçıvan Muxtar Respublikasındakı "Xalxal" yarımstansiyasının tikintisini başa çatdırıb

Energetika Materials 27 Noyabr 2006 17:43 (UTC +04:00)

"Azərenerji" səhmdar cəmiyyəti Naxçıvan Muxtar Respublikasındakı "Xalxal" yarımstansiyasının tikintisini başa çatdırıb. Ona Almaniya şirkəti olan Siemensin texnologiyaları üzrə İran zavodu Irantransfoda istehsal olunan, umumi gücü 50 MBA təşkil edən iki transformator quraşdırılıb. Trend -in məlumatına görə, bu haqda səhmdar cəmiyyətin mətbuat xidmətindən bildiriblər.

Bu yarımstansiya üçün avadanlıqların böyük hissəsi İran, Türkiyə, Rusiya və Ukraynadan alınıb və onlar beynəlxalq standartlara cavab verir. NMR-nın energetika üzrə Dövlət agentliyinin direktoru Yasin Səfərovun verdiyi məlumata görə, bu yarımstansiyanın sistemli fəaliyyət göstərməsi məqsədilə 110 kilovotlu EÖX-nin köməyilə o, "Xalçaçılar" yarımstansiyasına birləşdirilib. Bunun üçün sonuncu müasirləşdirilib və hissələrlə yenidən tikilib. 35 kilovoltluq xəttdən istifadə olunmaqla "Xalxal" yarımstansiyası "Şahbuz", "Cəhri", "Kərimbəyli", "Nəzərabad" yarımstansiyalarına birləşdiriləcək.

"Xalxal" yarımstansiyasının tikintisinin məbləği 1 milyon AZN təşkil edib. Eyni zamanda 35 kilovotluq "Badamlı" yarımstansiyasının tikintisi başa çatıb.

Xəbər lenti

Xəbər lenti