Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Qazaxıstan neftinin nəqli 2009-cu ilin sonunda - 2010-cu ilin əvvəlində başlayacaq. Bu barədə Trend in Astanadakı xüsusi müxbiri AB və Qara və Xəzər dəniz ölkələri arasında enerji əməkdaşlığı üzrə ikinci nazirlər konfransında Qazaxıstanın energetika naziri Baktıkoja İzmuxambetov bildirib.
"İlkin olaraq cüzi həcmlər nəql olunacaq, sonra isə 2015-ci ildə bu həcm ildə 20-30 mln. ton neftə qədər artacaq", - deyə o qeyd edib.
Qazaxıstan xammalı tankerlərlə Bakıya çatdıraraq, öz neftinin bir hissəsini BTC vasitəsilə dünya bazarlarında satmağı planlaşdırır.