...

"Azərenerji" SC yeni modullu elektrik stansiyasının sütkalıq istehsal həcmini açıqladı

Energetika Materials 12 Dekabr 2006 10:26 (UTC +04:00)

Dekabrın 7-də istismara verilmiş Xaçmaz modullu elektrik stansiyasında hazırda orta hesabla sutkada 1,6-1,8 mln. kVt/s elektrik enerjisi istehsal edilir. Trend xəbər verir ki, bu barədə "Azərenerji" Səhmdar Cəmiyyətin mətbuat xidmətindən məlumat veriblər. Stansiya orta hesabla sutkada 1700-1800 MVt enerji istehsal edir. Bu stansiyada istehsal edilən elektrik enerjisi Quba, Xaçmaz, Qusar və Dəvəçi rayonlarına verilir.

Tikinti üzrə podratçılar analoji tipli stansiyalarda olduğu kimi, Finlandiyanın "Wartsila" şirkətidir.

Azərbaycan prezidentinin sərəncamına əsasən, "Azərenerji" SC Bakı, Naxçıvan, Astara, Xaçmaz və Şəki rayonlarında quraşdırılması nəzərdə tutulan 52 bu cür qurğunu tikib təhvil verməlidir. 2006-cı ildə Bakı İES-2-də 12, Naxçıvanda 10, Xaçmaz və Şəki rayonalarının hər birində 10 bu cür elektrik stansiya tikilməlidir. Bu stansiyalar "Azəriqaz" QSC-nın verdiyi təbii qazla işləyəcək.

Bu elektrik stansiyalar hər birinin gücü 8,7 MVt olan enerji modullarından ibarətdir

Bu elektrik stansiyalarının tikintisi Azərbaycanda eletrik enerjisi istehsalını 450-460 MVt artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti