...

Azərbaycanda avtomobil benzininə tələbat artıb

Energetika Materials 18 Dekabr 2006 15:52 (UTC +04:00)

2006-cı ilin yanvar -noyabrında Azərbaycanın daxili bazarına 3,7 mln. tona yaxın neft məhsulları buraxılıb. Trend in verdiyi xəbərə görə, bu barədə Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Neft məhsullarının ümumi həcminin 647,5 min tonu avtomobil benzinin payına düşür ki, bu 2005-ci ilin analoji dövründən 17,6% çoxdur. Bu barədə Dövlət Statistika komitəsindən xəbər veriblər. Azhərbaycanın daxili bazarında (təhciz sərfiyyatı və ƏDV da daxil olmaqla) A-92 markalı avtomobil benzininin 1 tonunun dəyəri 432,30 AZN, A-96-nın isə dəyəri 484,70 AZN-dir.

Bövləçt Statistika komitəsinin məlumatına görə, 2006-cı ilin yanvar-noyabrında Azpetrol Azərbaycan 356,12 min ton, LUKoil isə 129,5 min ton avtomobil benzini alıb. Yanvar-noyabr da daxili bazarda 663,4 min ton dizel yanacağı satılıb ki, bu da 2005-ci ilin yanvar-noyabrından 14,7% azdır. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının dəyəri (təhciz sərfiyyatı və ƏDV də daxil olmaqla) 397,46 AZN-dir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azretrol yanvar-noyabr ərzində 260,05 min ton, LUKOYL84,91 min ton, Xəzər Dəmir Gəmiçiliyi 24,54 min ton dizel yanacağı alıb. Kaspar həmçinin 59,21 min ton motor yanacağı və 1,73 min ton mühərrik yağı alıb. Hər şeydən çox daxili bazarda yanacaq mazutu satılıb. Bu ilin yanvar-noyabrında 1721,8 min ton qara neft məhsulu satılıb ki, bu 2005-ci ilin yanvar-noyabrından 26,7% azdır.Azərbaycanın daxili bazarında m-40 mazutunu bir tonunun topdansatış dəyəri (təhciz sərfiyyatı və ƏDV də daxil olmaqla) 77,88 AZN-dir. Dövlət Stataistika Komitəsinin məlumatına görə, yanvar-noyabr ərzində Azərenerji SC 1098,5 min ton, "Heydər Əliyev adına" NEZ-sə 525,14 min ton yanacaq mazutu alıb. Yanvar noyabrda 470,3 min ton aviasiya nefti satılıb ki, bu 2005-ci ilin analoji dövründən 11,3% azdır. Azərbaycanın daxili bazarında aviasiya neftinin 1 tonunun dəyəri(təhciz sərfiyyatı və ƏDV də daxil olmaqla) 411,68 AZN-dir. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-fevral ərzində AZAL DŞ 436,9 min ton, qalan müəssisələr isə 33,39 min ton aviasiya nefti alıb. Bu dövrdə daxili bazarda 130,8 min ton neftbitum satılıb ki, bu da 2005-ci ilin yanvar-noyabrından 49,1% çoxdur. Azərbaycanın daxili bazarında BN 60/90 bitumunun bir tonunun topdansatış qiyməti (təhciz sərfiyyatı və ƏDV də daxil olmaqla) 108,90 AZN-dir.

Xəbər lenti

Xəbər lenti