...

Azərbaycan Dövlət Neft Şirkəti Bakı NEZ-də emal etmək üçün neft almağa başlaya bilər

Energetika Materials 26 Dekabr 2006 19:10 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) respublikanın quru yataqlarında işləyən əməliyyat şirkətləri ilə onların hasil etdikləri neftin alınması haqqında danışıqlar aparır. Bu barədə Trend ə çərşənbə axşamı ARDNŞ-dən məlumat verilib.

"Bu neftin emal üçün yerli NEZ-lərə göndərilməsi nəzərdə tutulur. Qiymət razılaşma yolu ilə təyin olun acaq", - deyə ARDNŞ-dən bildirilib.

Gələn ilin birinci rübündə Dövlət Neft Şirkəti öz neftini Bakı-Novorossiysk şimal boru kəməri ilə nəql etmək fikrində deyil. Birinci rübdə nəql Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən həyata keçiriləcək. Gələn ilin yanvar ayında nəql həcmi 315 min tondan 400 min tona qədər ola bilər.

"Azərbaycan Dövlət Neft Şirkətinin neft nəqlinin mümkün olması məsələsi ölkənin yanacaq-energetika balansında qoyulacaq göstəricilərdən asılı olacaq", - deyə ARDNŞ-dən bildirilib.

Xəbər lenti

Xəbər lenti