...

Azərbaycan Dövlət Neft Şirkəti qaz quyularının qazılması üçün platformalardan birini genişləndirir

Energetika Materials 29 Dekabr 2006 16:14 (UTC +04:00)

Gələn ilin yazında Azərbaycan Dövlət Neft Şirkəti ARDNŞ tərəfindən müstəqil şəkildə işlənən "Günəşli" yatağının dayaz sulu hissəsində quraşdırılmış, genişləndirilmiş "Günəşli-11" platformasından qazıntıya başlamaq niyyətindədir. Bu barədə Trend ə Dövlət Neft Şirkətindən məlumat verilib.

Genişləndirilmiş blokdan cəmi altı yeni quyunun qazılması nəzərdə tutulub. ARDNŞ-də qeyd ediblər ki, onların hamısı qaz hasilatına yönəldiləcək.

Blokun çəkisi 1060 ton, hündürlüyü 113 metrdir. Tikintisi tamamlanmış blokun platformaya çatdırılması "Azərbaycan" və "General Əliağa Şıxlinski" üzən kranlar vasitəsilə həyata keçirilib.

Platforma və blok körpü vasitəsilə birləşdiriləcək. Hazırda blok dənizin dibinə dirək vasitəsilə birləşdirilir. Yeni blokun 2007-ci ilin birinci rübündə istismara verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti