...

Dövlət naziri: Azərbaycandan benzin tədarkünün dayandırılması Gürcüstanda qiymətlərə ciddi təsir etməyəcək

Energetika Materials 17 Yanvar 2007 16:23 (UTC +04:00)

Azərbaycandan avtomobil benzininin Gürcüstana tədarükünün müvəqqəti dayandırılması Gürcüstanda bu yanacağın daxili qiymətlərinə təsir etməyəcək. Trend in Tbilisidəki müxbiri xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Gürcüstanın İslahatlar üzrə dövlət naziri Kaxa Bendukidze bildrib.

Onun sözlərinə görə, Azərbaycan bu adımı atmağa məcbur olub, çünki Gürcüstan kimi bu ölkəni də Rusiya blokadaya salıb.

Dövlət naziri bildirib: "Bu şəraitdə Azərbaycanda elektrik enerjisinə lazım olan mazut üçün neftin istifadə edilməsi barədə Bakının qərarına haqq qazandırmaq olar".

Dövlət naziri bildirib ki, Gürcüstanda benzinin qiyməti yanacağın dünya bazarlarındakı qiymətindən asılıdır, dünya bazarında isə qiymətlərin düşməsi müşahidə olunur. O qeyd edib: "Azərbaycan benzini Gürcüstana idxal edilən benzinin üçdə birini təşkil edir, ona görə qiymətlərə ciddi təsir göstərə bilməz".

Bendukidze bildirib ki, Gürcüstan başqa ölkələrdən də benzin alır - Bolqarıstan, Rumınya, Rusiya.

Xəbər lenti

Xəbər lenti