...

Azərbaycan Dövlət Neft Şirkəti qaz hasilatını artırır

Energetika Materials 18 Yanvar 2007 19:05 (UTC +04:00)

2006-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tərkibinə daxil olan neft və qaz hasilatı üzrə "Azneft" istehsalat birliyinin (İB) neft-qaz çıxarma idarələri (NQÇİ) tərəfindən 4,34 mlrd. kubmetr qaz hasil edilib. Bu barədə Trend xəbər verir.

Ən çox qaz həcmi "Günəşli" yatağının dayaz sulu hissəsini tədqiq edən "28 May" NQÇİ tərəfindən hasil olunub - 2,95 mlrd. kubmetr qaz.

Ən az qaz hasilatı həcmi, neftdə olduğu kimi, "Muradxanlı" quru yatağında müşahidə olunur. 2006-cı ilin yanvar-dekabr aylarında burada 600 min kubmetr qaz hasil olunub.

2006-cı ilin yanvar-dekabr aylarında ARDNŞ NQÇİ-də faktiki qaz hasilatının ümumi cədvəli:

ARDNŞ NQÇİ

Yanvar-dekabr 2006 -cı il

Mlrd. kubmetr

28 may

2,95

Nərimanov adına

0,87

Qum adası

0,31

Neft Daşları

0,05

Ə.Əmirov adına

0,04

Abşeronneft

0,037

Bibi-Heybətneft

0,19

Digər NQÇİ cəmi

0,05

ARDNŞ NQÇİ üzrə cəmi

4,34

Xəbər lenti

Xəbər lenti