...

10 il ərzində Türkiyə enerji sərfiyyatını 80% artıracaq

Energetika Materials 22 Yanvar 2007 13:31 (UTC +04:00)

Türkiyənin enerji sərfiyyatı 2010-cu ilə qədər ildə 150 mln. ton neft ekvivalentini ötəcək. Bu barədə Trend neft və qaz sahəsində ixracatçılara istinadən xəbər verir. 2020-ci ilə qədər bu göstərici 80% artacaq və ildə 280 mln. ton neft ekvivalentinə çatacaq.

Türkiyə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə çatdırılan neftin birbaşa tədarükünü həyata keçirməyi planlaşdırır, onun ərazisində Azərbaycan Dövlət Neft şirkəti neft emal edəcək. Həmçinin Türkiyə "Şahdəniz" yatağında hasil olunan təbii qazı alacaq və yenidən ixrac edəcək. Türkiyə və Azərbaycanın qaz satacağı Avropa Birliyi ölkələrinin sərfiyyatı 2020-ci ilə qədər 40%-ə qədər artacaq.

Qazaxıstan və Türkmənistan həmçinin Azərbaycan və Türkiyə ərazisindən tranzitlə öz qazlarını Avropaya satmağı planlaşdırırlar. Bu, Xəzərin dibi ilə Transxəzər qaz kəmərinin tikintisi vasitəsilə mümkün olacaq.

Botas şirkətinin məlumatlarına görə, 2007-ci ildə Türkiyəyə ümumi qaz tədarükü 40,63 mlrd. m3, 2008-ci ildə - 43,58 mlrd. m3, 2009-cu ildə - 47,52 mlrd. m 3 təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti