Gürcüstana sütkada 1,664 mln. kVt/s elektrik enerjisi idxal edilir. Gürcüstan elektrik enerjisi sistemi kommersiya operatorundan Trend müxbirinə bildiriblər ki, hazırda Gürcüstan elektrik enerjisi ixrac etmir.
Gürcüstana idxal edilən elektrik enerjisinin 1.4 mln. kVt/s Türkiyənin payına düşür. Bu həcm Türkiyə ilə sərhəd olan Acariya muxtariyyatında qalır. Ölkənin enerji sisteminin stabil işini təmin etmək məqəsdilə Gürcüstan daha 0,264 mln. kVt/s elektrik enerjisini Azərbaycandan alır.
Türkiyə ilə Gürcüstan arasında sentyabrda, Azərbaycanla noyabrda bağlanmış razılaşmaya əsasən, Gürcüstan idxal etdiyi elektrik enerjisini yayda qaytaracaq. İxrac edəcəyi elektrik enerjisinin göstəriciləri idxal etdyi elektrik enerjisi göstəricilərinə müvafiq olacaq.