...

Azərbaycanda elektrik şəbəkəsi ötürücülərinin bərpası proqramı hazırlanır

Energetika Materials 28 Fevral 2007 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı. Trend S.Əliyev. Azərbaycandakı enerji ötürücü xətlərin böyük hissəsi öz istismar dövrünü başa vurub. Bu barədə məlumatı "Azərenerji" SC-nin mətbuat xidməti cəmiyyətin sədri Etibar Pirverdiyevə istinadən verib.

Abşeron Yanacaq Energetika Stansiyasını Abşeron şəbəkəsi ilə birləşdirən xətt artıq 70 il, Əlibayramlı elektrik stansiyasından başlanğıcını götürən EÖX isə 50 ildir ki işləyir.

Son 4-5 ildə görülən tədbirlərə baxmayaraq problem hələ də qalıb. Hazırda cəmiyyətin mütəxəsissləri problemin həlli üçün ölkə başçısına təqdim ediləcək kompleks tədbirlər planı hazırlayır.

Azərbaycanın elektrik ötürücü xətlərinin ümumi uzunluğu 7,4 min km. təşkil edir ki, bunun da 5,4 min km.-i işləyir. Sistemə həmçinin 160 yarımstansiya daxildir.

Xəbər lenti

Xəbər lenti