Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/"Bakıelektrikşəbəkə" ASC və Almaniyanın Siemens şirkəti arasında imzalanmış məramnamə protokoluna əsasən, Bakıda iki yarımstansiya tikiləcək və beş yarımstansiya yenidən qurulacaq. Bu barədə bü gün "Bakıelektrikşəbəkə" ASC-nin idarə heyətinin rəhbəri Baba Rzayev məlumat verib.
Yeni yarımstansiyaların tikintisi Bakı mərkəzinin yüklənməsi məsələsənin həll olunması ilə bağlıdır. Bu 210/35/10kV,63 MVA gücə malik yarımstansiyalardan ibarət dairəvi ikişüalı elektrik sistemi olacaq. Sistem Bakının sahilyanı zonasında yerləşəcək.
Onun əsas üstünlüyü stansiyanın az yer tutmasıdır. Bu da onun Bakının mərkəzində binaların birində yerləşdirməyə imkan verəcək. Hazırda Siemens-lə danışıqlar davam etidirilir, deyə Baba Rzayev qeyd edib. Həmçinin bu layihə üzrə texniki-iqtisadi işlər də davam etidirilir.