Azərbaycan, Bakı/ Trend müxbir U.İsmayılova/ 2007-ci ilin mart ayının 1-nə qədər qaz sayğaclarının işinə müdaxilə ilə bağlı 217 fakt qeydə alınıb. Bunun da 100-ü Bakı şəhərinin payına düşüb. Bu barədə "Azəriqaz" QSC-nin sədri Əlixan Məlikov məlumat verib.
Onun sözlərinə görə 2006-cı ildə qaz sayğaclarına 1230 müdaxilə olmuşdu və bu sayğacların 620-si vətəndaşların hesabına bərpa olunub, müvafiq cərimələr kəsilib.
Əlixan Məlikov bu kimi halların "Azəriqaz" QSC-nin büdcəsinə ciddi təsir etdiyini bildirib. "Bu sayğacların alınmasına və quraşdırılmasına görə vətəndaşlar pul ödəmir. Bütün xərclər Səhmdlar Cəmiyyətin hesabına həyata keçirilir. Hazırda abonentlərin 90%-i sayğacla təmin edilib, bu işi aprel ayına qədər tamamilə yekunlaşdırmağı planlaşdırmışıq",-deyə müəssisə rəhbəri əlavə edib.