...

Azərbaycan hökumti "Xəzər-2008" iqtisadi forumuna dəvət olunub

Energetika Materials 6 Mart 2007 16:49 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Azərbaycan hökuməti bu ilin avqust ayında Sloveniyada keçiriləcək illik "Xəzər-2008" iqtisadi forumuna dəvət olunub.

Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşarın (Borut Megusar) məlumatına əsasən, foruma dəvətnaməni sənaye və energetika naziri Natiq Əliyevə Sloveniyanın Azərbaycandakı yeni səfiri Mitya Ştrukelj təqdim edəcək.

Forumda Xəzər regionundan enerji resurslarının Qərbi Avropaya çatdırılması məsələlərinin müzakirə edilməsi gözlənilir.

Foruma dünyanın işgüzar dairələrinin nüfuzlu nümayəndələri, siyasətçilər, regionun dövlət və hökumət başçıları dəvət olunub.

Ötən il Azərbaycan Forumda prezident səviyyəsində təmsil olunub.

Xəbər lenti

Xəbər lenti