...

ARDNŞ Gürcüstana öz qazının tədarükünü başa çatdıracaq

Energetika Materials 19 Mart 2007 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Hazırkı qaz tədarükü həcmində Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstana öz yanacaq ixracını bir neçə günə başa çatdıra bilər. Bu barədə hökumətdən məlumat veriblər. İndi ARDNŞ sutka ərzində Gürcüstana təqribən 1,2-1,3 mln. kubmetr qaz verir. ARDNŞ Gürcüstana 90 mln. kubmetr yanacaq göndərməli idi.

Yanvar və fevral aylarının hər birində Gürcüstana 30 mln. kubmetr qaz tədarük olunub. Gürcüstan üçün qazın hər 1 000 kubmetri 120 dollar təşkil edir.

Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağından Gürcüstana qaz tədarükünə başlayıb. Sutka ərzində Gürcüstana 200 min kubmetr qaz verilir.

Gürcüstan sazişə uyğun olaraq alacağı 250 mln. kubmetr zəmanətli qazın hər 1000 kubmetrinə görə 63 dollar ödəyəcək.

Əlavə həcmdə qaz və onun qiyməti danışıqlar mövzusudur.

Xəbər lenti

Xəbər lenti