...

Azərbaycan Dövlət Neft Şirkəti Ceyhandan neft partiyasını satıb

Energetika Materials 29 Mart 2007 12:21 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri vasitəsilə çatdırılan Azeri Light neft sortunun Ceyhan limanından partiyasının yüklənməsi ilə bağlı tenderi bağlayıb. Bu barədə ADNŞ-dən məlumat verilib. Tenderin qalibi Almaniyanın Select Energy treyderi olub. Partiyanın həcmi 1 mln. barrel (və ya 135 min ton) təşkil edir. Yüklənmə 15-17 aprel tarixinə planlaşdırılır.

AZERI LT FOB neftinin qiyməti martın 27-də $62,35/barr təşkil edib (əvvəlki qiymətdən $0,79/barr artıb).

Ceyhandan 2007-ci ildən ADNŞ neft partiyalarını aşağıdakı şirkətlər əldə edib:

Glencore Energy UK Ltd - yanvar (1 mln. barrel);

VİLMA OİL S.L - yanvar- fevral (1 mln. barrel);

Select Energy GmbH - fevral (600 min barrel);

Select Energy GmbH - fevral-mart (1 mln. barrel);

Glencore Energy UK Ltd - mart (1 mln. barrel);

Addax BV- mart (1 mln. barrel);

Sumato Energy Group Ltd - aprel (1 mln. barrel);

Select Energy GmbH - aprel (1 mln. barrel).

Xəbər lenti

Xəbər lenti