...

Hindistan neft emalı zavodu Azərbaycan neftini testdən keçirib

Energetika Materials 2 Aprel 2007 13:04 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /Hindustan Petroleum Corporation (HPCL) şirkətinə məxsus Visakha neft emalı zavodu bu il müəssisədə Azərbaycanın neft növünü onun emal perspektivləri çərçivəsində testdən keçirib.

HPCL-in məlumatında bildirilib ki, Azərbaycan nefti ilə yanaşı, Nigeriya, Bruney və Yəmən xammalı da testdən keçirilib.

HPCL neft emalı zavodunun gücünü ildə 7,5 mln. tondan 9,2 mln. ton neftədək artırıb. Zavod yüzdən artıq neft növü emal edə bilər. 2007-ci maliyyə ilində neft emalı zavodu 1,5 mln. neft məhsul ixrac etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti