...

Nazir: Azərbaycan və Qazaxıstan BTC çərçivəsində sərmayədarlarla danışıqlara hazırlaşır

Energetika Materials 4 Aprel 2007 13:25 (UTC +04:00)
Nazir: Azərbaycan və Qazaxıstan BTC çərçivəsində sərmayədarlarla danışıqlara hazırlaşır

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan və Qazaxıstan Bakı-Tiflis-Ceyhan (BTC) kəməri ilə neftin birgə nəqli çərçivəsində iştirakçı tərəflərlə danışıqlara hazırlaşır. Bu barədə çərşənbə günü Bakıda Qazaxıstanın energetika naziri Bəxtiqoca İzmuxambetov bildirib.

"BTC layihəsində və "Kaşaqan"da fəaliyyət göstərən sərmayədarlar Azərbaycan və Qazaxıstanla danışlıqlar aparmalıdırlar", - deyə o bildirib.

Onun sözlərinə görə, Heydər Babayevlə yaxın zamanlarda Azərbaycanın müqavilə hazırlanması üçün danışıqlar qrupu təşkil edilməsi barədə razılıq əldə olunub.

"Bizim tərəfimizdən isə danışıqları "Kazmunayqaz" aparacaq",-deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti