Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ İyunun sonu - iyulun əvvəlində İtaliyanın ENI şirkəti Qazaxıstana "Kaşaqan" layihəsi çərçivəsində bir sıra təkliflər təqdim edəcək. Bakıda Qazaxıstanın energetika naziri Bəxtiqoca İzmuxambetovun sözlərinə görə, bu yataqdan ilk neftin hasilaht tarixi ilə bağlı qoyulmuş müddət birmənalıdır.
"Bu, işlərin aparılmasının təhlükəsizliyinin təmin olunması ilə bağlıdır", - deyə o bildirib. O, bu yataqdan ilk neftin 2010-2011-ci illərdə hasil oluna biləcəyini söyləyib.
"Əlavə işlərlə əlaqədar layiihənin bahalaşması qaçılmazdır. İyulda təkliflər alındıqdan sonra əlavə vaxt barədə konkret nə isə demək olar",-deyə nazir bildirib.
Daha öncə isə ENI "Kaşaqan" yatağının işlənməsinin 19 mlrd dollara başa gələcəyi barədə məlumat açıqlamışdı ki, bu da ilkin qiymət - 10 mlrd. dollardan təqribən iki dəfə çoxdur. ENI güman edir ki, 2019-cu ildə yataqdan sutkalıq hasilat 1.5 mln. barel təşkil edəcək. İlkin hasilat dövründə sutka ərzində 300 min barel neft çıxarılması nəzərdə tutulub. Bu rəqəmin 450 min barel ola biləcəyi də istisna edilmir.