...

Azərbaycanda elektroenergetika sənayesi əməkdaşlarının hazırlığı üçün tədris mərkəzi açılıb

Energetika Materials 4 Aprel 2007 17:30 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/ "Bakıelektrikşəbəkə" ASC (Bakı elektrik enerjisi bölüşdürücü şəbəkəcbni idarə edən) əməkdaşlarının ixtisasını və işin effektliyini artırmaq üçün tədris mərkəzi açıb. Bu barədə ASC rəhbərinin birinci müavini Zaur Hüseynov açılış mərasimində məlumat verib.

"Biz xariciləri dəvət etməklə deyil, kadrlarımıza əsaslanaraq işləməliyik. Bu məktəb keçmiş şöhrətimizi qaytarmağa kömək edəcək", - deyə Z.Hüseynov bildirib. Kurslar ASC işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün böyük əhəmiyyətə malikdir.

Kursların keçirilməsi üçün bu tədris mərkəzinə "Bakıelektrikşəbəkə"nin təcrübəli əməkdaşları, Azərbaycan Dövlət Neft Akademiyasının professor-müəllim heyəti və Schneider electric fransız şirkətinin Bakı nümayəndəliyinin işçiləri cəlb olunub.

Yeni tədris mərkəzində kursları yalnız şirkət əməkdaşları deyil, həmçinin maraqlanan istənilən şəxs keçə bilər.

Xəbər lenti

Xəbər lenti