...

BVF Azırbaycanın neft gəlirləri üzrə proqnozunu açıqlayıb

Energetika Materials 5 Aprel 2007 18:15 (UTC +04:00)
BVF Azırbaycanın neft gəlirləri üzrə proqnozunu açıqlayıb

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova / 20 ildən sonra Azərbaycan hökumətinin ümumi neft gəlirləri 200 mlrd. dollar olacaq. Bu barədə cümə axşamı Beynəlxalq Valyuta Fondunun Bakı nümayəndəliyinin rəhbəri Bazel Zavoyko bildirib.

Onun sözlərinə görə, 2005-2010-cu illərdə Azərbaycanın neft gəlirləri qəfildən artacaq. Sonrakı illərdə isə neft hasilatı azalmağa başlayacaq. 20 ildən sonra isə hasilatın səviyyəsi iki il bundan öncəki səviyyədə olacaq. Bununla əlaqədar o, neft gəlirlərinin səmərəli idarə olunmasını lazım bilir.

"BVF əməkdaşları Azərbayacan üçün alternativ xərclər cədvəli hazırlayıb. Aparılan araşdırmalara əsasən, əgər Azərbaycan neft gəlirlərinin uzunmüddətli və ortamüddətli idarə olunması strategiyasına nəzərdə tutulandan çox pul xərcləsə, 4-5 ildən sonra neft sektoruna alternativ olmayacaq",-deyə B.Zavoyko bildirib.

Beynəlxalq təcrübə göstərir ki, dövlət xərcləri tempinin artdığı şəraitdə neft sektorundakı tempdə ixtisarlar müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti