...

Wintershall ARDNŞ-lə saziş bağlamaq üçün hazırlıq aparır

Energetika Materials 17 Aprel 2007 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti ilə "Əşrəfi" yatağının birgə işlənməsi barədə qarşılıqlı anlaşma memorandumu imzalamış Almaniyanın Wintershall şirkəti yataqda kəşfiyyat quyusu qazmaq üçün texniki göstəriciləri öyrənir. Bu barədə çərşənbə axşamı ARDNŞ-dən məlumat veriblər.

"Hazırda şirkət həmçinin layihə üzrə ARDNŞ-in təkliflərinin qiymətləndirilməsini aparır",-deyə şirkətdən bildiriblər.

Alman şirkəti yataqda karbohidrogen ehtiyatlarının dəqiqləşdirilməsi üçün quyu qazmaq niyyətindədir. Bu yataq üzrə PSA sazişi imzalandıqdan sonra olacaq. Bununla yanaşı, daha öncə ARDNŞ-dən bildirildiyi kimi, ilin sonuna qədər "Əşrəfi" yatağında kəşfiyyat işlərinin yekunlaşdırılması planlaşdırılıb.

İlkin qiymətləndirməyə görə, yatağın ehtiyatları 40 mln. ton neft və 25 mlrd. kubmetr qazdır.

Öncə bu yataqda işləri aparan xarcici şirkət karbohidrogen ehtiyatlarının həcminin kommersiya cəlbediciliyinin olmamasını müəyyən etdikdən sonra işlərin aparılmasından imtina etmişdi.

"Əşrzfi-Dan Ulduzu" perspektiv strukturunun işlənməsi üzrə saziş 1996-cı il 14 dekabrda imzalanıb. Layihənin iştirakçıları qismində BP-30%, Unocal - 25,5%, Itochu - 20%, Delta Hess - 4,5%, ARDNŞ - 20% payla iştirak edib.

Xəbər lenti

Xəbər lenti