...

"Azəriqaz" QSC Qaradağ yeraltı qaz anbarının yenidən qurulması ilə bağlı tender təkliflərindən imtina edib

Energetika Materials 19 Aprel 2007 13:44 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/"Azəriqaz" QSC Abşeron yarımadasında yerləşən Qaradağ yeraltı qaz anbarının yenidən qurulması ilə bağlı tender təkliflərindən imtina edib.

Layihədə Qaradağ qaz anbarının yenidən qurulması və aktiv qaz həcminin 2,3 milyard kub metrə çatdırılması üçün yuksək təzyiqli təbii qaz kompressor stansiyaların və qaztəmizləyici qurğuların layihələndirilməsi, lazımi avadanlığın hazırlanması, tikinti, işə salma-nizamlama, tam istismar buraxılışı üçün işlərin həyata keçirilməsi, həmçinin quyuların köhnə fondunun kapital təmiri, lazımi yeni quyuların qazılması, quyuların sahəsinin dəqiqləşdirilməsi, quyuların və yeraltı rezervuarların tam müayinəsi nəzərdə tutulurdu.

"Azəriqaz" QSC-yə yekun müddətə qədər podratçı işlərin yerinə yetirilməsi də daxil olmaqla tam istismara verilmə, layihələndirmə, mühəndis işləri, avadanlığın hazırlanması və xidmət, nəqletmə, tikinti və işə salma-nizamlama şərti ilə təcrübəli şirkət tələb olunurdu.

Tender zərfləri 8 iyun 2007-ci il tarixdə açılmalı idi.

Xəbər lenti

Xəbər lenti